BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ prezidentinin nümayəndələri Stiv Uitkov və Cared Kuşner 9 oktyabrda Mayamidə Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər.

Teleqraf xəbər verir ki, tərəflər Ukraynada yeni nizamlama ideyaları və təkliflərini müzakirə edəcəklər.

Tərəflər Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi ehtimalını da müzakirə edəcəklər.