BAKI, 18 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp CNN, MSNOW və Politico qəzetlərinin jurnalistlərinin administrasiya haqqında yalan məlumat dərc etdiklərinə görə Ağ Evə girişinin qadağan olunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri !"Truth Social"da yazıb:
“Qürurla elan edirəm ki, yalançı CNN, MS NOW və "Politico" - yuxulu Co Bayden administrasiyasının qanunsuz və gülünc şəkildə rekord məbləğdə 8 milyon dollara abunə olduğu, ABŞ hökuməti tərəfindən birbaşa ödənildiyi və mən bunu korrupsiyalaşmış hesab etdiyim - kanallarının daim “saxta xəbərlər yaydıqlarına görə Ağ Evə girişini dərhal ləğv edirəm. Media orqanlarına ABŞ Prezidenti, Tramp administrasiyası və ya Amerika Birləşmiş Ştatları haqqında məlumat verərkən davamlı olaraq yalan və böhtanlar yaymağa icazə verilməməlidir. Bu, digər media orqanlarına da dərs olacaq”.