BAKI, 17 sentyabr. TELEQRAF

Rusiya və Ukrayna arasında ayrılan ailələrin yenidən bir araya gəlməsi məqsədilə növbəti humanitar aksiya keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Bildirilib ki, humanitar aksiya Belarus-Ukrayna sərhədində yerləşən "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Aksiya çərçivəsində 15 nəfər Rusiyadan Ukraynadakı doğmalarının yanına yola düşüb. Ukraynadan isə 3 nəfər Rusiyaya geri qayıdıb.