BMT Rusiya ilə Ukrayna arasındakı vəziyyəti yaxşılaşdıracaq hər hansı bir addımı, o cümlədən enerji infrastrukturuna hücumların dayandırılmasını alqışlayacaq.

Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılıq verdiyi barədə açıqlamasını şərh edərkən bildirib.