BAKI, 12 sentyabr. TELEQRAF

ABŞ prezidentinin kürəkəni, Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda məsul şəxs Cared Kuşner hesab edir ki, hazırda Ukraynadakı münaqişənin həlli ilə bağlı məsləhətləşmələrdə ən çətin məsələ ərazilərlə bağlıdır.

Teleqraf xəbər verir ki, Kuşnerə görə, danışıqlarda əsas məsələ ərazilərlə bağlı olacaq: "Tərəflərin fikir ayrılığı hələ də davam edir".

Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff sentyabrın 5-də Moskvaya səfər ediblər və orada Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediliblər. Növbəti gün onlar Kiyevdə Volodimir Zelenski ilə görüşüblər.