BAKI, 12 sentyabr. TELEQRAF
İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbəyə istinadən məlumat verib.
Qeyd olunur ki, bu razılaşma yalnız İran və Oman arasında bağlanıb və digər ölkələr görüşdə yalnız marşrutun təfərrüatı və naviqasiya qaydaları ilə tanış olmaq üçün iştirak edəcəklər.
O əlavə edib ki, bu müqaviləyə əsasən, boğaz vasitəsilə Fars körfəzinə giriş tamamilə İranın ərazi suları daxilindədir, çıxış yolunun bir hissəsi isə İslam Respublikasının ərazi sularını əhatə edir.