BAKI, 13 sentyabr. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri Abbas Araqçi ilə telefonla danışıb.

Teleqraf xəbər verir ki, nazirlər Hörmüz boğazı və regiondakı münaqişələrin dayandırılmasına yönəlmiş digər məsələləri, o cümlədən, Səudiyyə Ərəbistanına qarşı hücumları müzakirə ediblər.