Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putin Tokayevi sadəcə qeyri-rəsmi söhbətə dəvət edib", - deyə o bildirib.
BRICS sammiti 12 və 13 sentyabr tarixlərində Yeni Dehlidə keçirilir.