BAKI, 12 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son iki gündə Yəməndə husilərin mövqelərinə 129 hava zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının rəsmi nümayəndəsi Yəhya Səriya açıqlayıb.

“Son 48 saat ərzində Səudiyyə Ərəbistanı aviasiyası Taiz, Marib, Əl-Hudeydə, Əl-Cauf, Səada, Əmran və Həccə vilayətlərinə 129 zərbə endirib”, – Yəhya Səriya bildirib.

Zərbələr zamanı F-15 və “Typhoon” qırıcılarından istifadə olunub.

Səudiyyə Ərəbistanı bu məlumatı hələlik təsdiqləməyib.