BAKI, 12 sentyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına qarşı dron hücumlarını qətiyyətlə pisləyib, regional sabitlik və təhlükəsizliyə təhdid yaradan hücumlara son qoyulmasını tələb edib.
Teleqraf xəbər verir ki, Türkiyə XİN bu hücumlarla bağlı açıqlama yayıb.
Səudiyyə Ərəbistanının suverenliyinə və ərazi bütövlüyünə dəstəyin bir daha ifadə edildiyi bəyanatda qeyd olunur: "İraq ərazisindən Səudiyyə Ərəbistanını hədəf alan pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyirik. Regional sabitliyə və təhlükəsizliyə təhdid yaradan bu cür hücumlara dərhal son qoyulması və gərginliyi artıra biləcək addımlardan çəkinilməsi çağırışımızı bir daha təkrarlayırıq"
Səudiyyə Ərəbistanı Şərq-Qərb hücumlarının İraqdan buraxılan dronlarla həyata keçirildiyini iddia edir. Hədəf boru kəməri olub.
Ər-Riyad İraqın Baş naziri Əli əl-Zeydinin xahişi ilə bu mərhələdə cavab verməməyi üstün tutduğunu, eyni zamanda suverenliyini və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görmək hüququnu özündə saxladığını açıqladı.