BAKI, 3 sentyabr. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

AFFA-nın yaydığı məlumata əsasən, yığmamızın qarşıdakı matçlarının təqvimi aşağıdakı kimidir:

25 sentyabr 2026

Azərbaycan (U-21) – Çexiya (U-21)

“Bank Respublika Arena”

30 sentyabr 2026

Şotlandiya (U-21) – Azərbaycan (U-21)

“Reqbi Park” (Kilmarnok, Şotlandiya)

6 oktyabr 2026

Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)

“Bank Respublika Arena”