BAKI, 3 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapur, Qırğızıstan, Tacikistan, Avstriya, Tunis və Liviyadakı səfirləri, eləcə də Ukraynanın UNESCO-dakı nümayəndəsini vəzifələrindən azad edib.
Teleqraf xəbər verir ki, fərmanlar Ukrayna Prezidentinin saytında dərc edilib.
****
21:10
Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, bu fərman Ukrayna Prezidentinin saytında dərc edilib.
Sənəddə deyilir: "Stefanişina Olqa Vitaliyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".