BAKI, 29 iyul. TELEQRAF
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna edilən hücumları müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, telefon danışığı zamanı tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.