Misirin Aralıq dənizi sahilindəki Dumiat limanında enerji obyektinə hücum olub.

Teleqraf xəbər verir ki, Britaniyanın dəniz təhlükəsizliyi şirkəti "Ambrey"in məlumatına görə, ABŞ-yə məxsus üzən mayeləşdirilmiş təbii qaz tankeri PUA ilə vurulub.

Hücum liman ərazisində partlayışlara səbəb olub. Misir hakimiyyəti hələlik hücumun günahkarlarını rəsmi olaraq açıqlamayıb və heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda baş verib: ABŞ və İran son həftələrdə qarşılıqlı zərbələr alıblar və Vaşinqton Tehrana təzyiqi artırır.