BAKI, 23 iyul. TELEQRAF

"Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən başqa heç bir vəzifəni qəbul etməyəcəyəm".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın vəzifədən azad edilmiş müdafiə naziri Mixailo Fedorov "Novyny.LIVE" nəşrinə bildirib.

"Bu gün dövlətdə döyüş meydanındakı hərbçilər istisna olmaqla müharibənin gedişatını həqiqətən müəyyən edən cəmi üç vəzifə var: Prezident, Müdafiə naziri və Ali Baş Komandan. Məhz buna görə də mən müdafiə naziri vəzifəsindən başqa heç bir vəzifəni qəbul etməyəcəyəm", — deyə o bəyan edib.

Qeyd edək ki, Ukrayna mediası Prezident Vladimir Zelenskinin Fyodorova hərbi innovasiyalar üzrə baş nazir müavini vəzifəsinə təyin olunmasını təklif etdiyini yazır. Bundan əvvəl keçmiş müdafiə nazirinə Milli Təhlükəsizlik və Müdafiə Şurasında (MTMŞ) və digər qurumlarda vəzifələr təklif olunmuşdu, lakin Fyodorov bütün təkliflərdən imtina etmişdi.

Onu da bildirək ki, Mixailo Fedorovun vəzifəsinə qaytarılması ilə bağlı artıq 8 gündür Kiyevdə mintinqlər keçirilir.