BAKI, 23 iyul. TELEQRAF
Ukrayna artıq Rusiyaya qarşı 22-ci sanksiya paketini hazırlayır. Bu paketə Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması ilə bağlı materiallar və sübutlar, eləcə də Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Dövlət Dumasına keçirilən seçkilərə sanksiya cavabı daxil olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentin Sanksiyalar Siyasəti üzrə Komissarı Vladislav Vlasyuk televiziyada bildirib.
"Mən indicə Avropa Komissiyasından məktub aldım. Onlar (21-ci sanksiya paketini - red.) təsdiqlədilər. Hər şey qətidir, səsvermə baş tutdu, hər şey formal və qanuni olaraq tamamlandı. 21-ci paket qüvvədədir və təxminən yarım saatdan sonra dərc olunacaq. Beləliklə, 22-ci paket üzərində işə başladıq. Əslində, bir ay əvvəl işə başlamışdıq", - Vlasyuk qeyd edib.
O əlavə eddi ki, bu paketdə yalnız konkret təkliflər deyil, həm də birbaşa sanksiyalar qərarlarının əsasını təşkil edən materiallar və sübutlar var.
"Sentyabr ayında uşaq oğurluq edənlərlə bağlı kiçik bir müvəqqəti paket görəcəyik. Düşünürəm ki, Avropa İttifaqından müvəqqəti işğal olunmuş ərazilərdə keçirilən qondarma seçkilərə sanksiya cavabı görəcəyik. Ukraynanın işğal olunmuş ərazilərində Rusiya Dövlət Dumasına seçkilərdə iştirak edən hər kəsə səmimi qəlbdən söz verə bilərəm və zəmanət verə bilərəm - demək olar ki, özünüzü təkcə Ukraynanın deyil, həm də Avropa İttifaqının sanksiyaları altında tapacaqsınız. Bundan sonra, oktyabrın sonunda, düşünürəm ki, 22-ci sanksiya paketinə yaxınlaşacağıq", - Vlasyuk qeyd edib.
Həmçinin, onun sözlərinə görə, 22-ci paketə böyük bir maliyyə bloku, hərbi-sənaye kompleksi bloku daxil olacaq. Vlasyukun fikrincə, Rusiyanın Qərb komponentlərini əldə etməsi ilə bağlı həll olunmamış problem nəzərə alınmaqla, bu blok ən böyüyü olmalıdır.
Vlasyuk əlavə edib ki, enerji bloku təkcə Avropa İttifaqından deyil, daha çox ABŞ və İrandan asılı olacaq.