BAKI, 24 iyul. TELEQRAF

"1991-ci ildə yurdumuzdan, yuvamızdan ayaqyalın, başıaçıq qaçqın düşmüşük. Çox çətinlik çəkmişik. Amma şükür bu günə ki, geri qayıdırıq".

Teleqraf xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün İntizar Əmiraslanova jurnalistlərə açıqlamasında deyib.

O, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyib.

Qeyd edək ki, bu gün "Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç olub.

Bu mərhələdə ümumilikdə 257 nəfərdən ibarət 65 ailə qaytarılıb.