Fransada davam edən qızmar istilər 5700 nəfərin ölümünə səbəb olub.
Teleqraf xəbər verir ki, "Sante Publique France" dövlət monitorinq agentliyinin məlumatına görə, istidən ölənlərin əksəriyyəti 45-64 yaş arasındadır. Ən yüksək ölüm halları isə 75 yaşdan yuxarı yaşlılar arasında müşahidə olunub.
Fransada 17-28 iyun tarixləri arasında anomal istilər olub. İstilərə görə təxminən 10.000 təhsil müəssisəsi bağlanıb.
Milli hava xidmətinin məlumatına görə, temperatur 50-dən çox departamentdə 40 dərəcə selsiyə çatıb.