BAKI, 22 iyul. TELEQRAF
Avropa İttifaqı Rusiyanın "kölgə donanması"na təzyiqləri artırır.
Teleqraf xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
O qeyd edib ki, Aİ Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki "EUNAVFOR_MED IRINI" əməliyyatı çərçivəsində saxta bayraq altında üzməkdə şübhəli bilinən "MV SOUTH STAR" neft tankeri saxlanılıb:
"Saxta bayraq altında üzmək beynəlxalq dəniz hüququnun kobud şəkildə pozulmasıdır və bu cür hallar Rusiyanın hərbi maşınının fəaliyyətini təmin etməyə xidmət edir".