BAKI, 23 iyul. TELEQRAF

Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

***

22 iyul, 20:02

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.