BAKI, 22 iyul. TELEQRAF

İran İraq, Bəhreyn və Küveyti quru əməliyyatı başlatmaqla hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin üzvü və keçmiş xarici işlər naziri Mənuçöhr Müttəki açıqlama verib.

"ABŞ-nin quru qoşunlarının hücumundan dərhal sonra İran İraq, Bəhreyn və Küveytdəki Amerika hərbi bazalarına qarşı quru əməliyyatına başlayacaq", - deyə o qeyd edib .