BAKI, 22 iyul. TELEQRAF
Rusiyanın Türkiyədəki səfiri Sergey Verşinin İstanbul valisi Davut Güllə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə İstanbulda daimi yaşayan və şəhərə turist kimi gələn Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin Rusiya-Türkiyə əməkdaşlığının regional səviyyədə aktual məsələlərini, o cümlədən iqtisadi, mədəni-humanitar və turizm sahələrində əlaqələrin inkişafını nəzərdən keçiriblər.
Rusiyanın İstanbuldakı baş konsulu Aleksandr Kalaçev bildirib ki, rusiyalı turistlərin təhlükəsizliyinin təmin olunması məsələsi Baş Konsulluğun daim diqqət mərkəzindədir.
Qeyd olunub ki, 2025-ci ildə İstanbula təxminən 1,7 milyon Rusiya vətəndaşı səfər edib. Hazırda İstanbulda yaşayış icazəsi ilə 40 mindən çox Rusiya vətəndaşı yaşayır.