BAKI, 22 iyul. TELEQRAF
COMEX birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti iyulun 14-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 100 dollar həddini keçib.
Teleqraf xəbər verir ki, bunu ticarət meydançasının məlumatları göstərir.
Məlumata əsasən, qızılın qiyməti 2,17% bahalaşaraq bir troya unsiyası üçün 4 102,9 dollara yüksəlib.