BAKI, 22 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr dalğasının başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Məlumata görə, ABŞ hərbçiləri İrana qarşı əməliyyatları ardıcıl 11-ci gecə davam etdiriblər.

Bəyanatda qeyd olunur ki, zərbələrin hədəfi İranın əməliyyat idarəetmə mərkəzləri, Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlər, aviasiya anqarları, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və hərbi-logistika infrastrukturu olub.