BAKI, 22 iyul. TELEQRAF

ABŞ iyulun 18-də İranın endirdiyi zərbə nəticəsində İordaniyada hərbçilərinin həlak olması ilə bağlı araşdırmaları davam etdirir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib.

“Araşdırma aparılır. Nəticələr daha sonra açıqlanacaq”, – o bildirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə məlumat vermişdi ki, iyulun 18-də İranın İordaniyadakı obyektlərə endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub, biri isə itkin düşmüş hesab edilirdi. Onun nəşi sonradan tapılıb.