BAKI, 22 iyul. TELEQRAF

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı 500-dən çox amerikalı hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, yaralıların sayı "500 hərbçini əhəmiyyətli dərəcədə üstələyir". Bu göstərici Pentaqonun açıqladığı 482 nəfərlik rəsmi rəqəmdən daha yüksəkdir.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-nin Yaxın Şərqdə yerləşdirilmiş təxminən 50 min hərbçisini İranın mümkün zərbələrindən qorumaqda çətinliklərlə üzləşdiyini yazmışdı.