BAKI, 22 iyul. TELEQRAF

ABŞ Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirak etməsini istədiyinə dair siqnallar verir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi TASS-ın sorğusuna cavab olaraq bildirib.

Nazirlikdən verilən məlumata görə, Vaşinqtonun mövqeyi Putinin "Böyük İyirmilik" (G20) sammitində iştirakına müsbət yanaşdığını göstərir.

Rusiya XİN məsələ ilə bağlı əlavə təfərrüat açıqlamayıb.