BAKI, 21 iyul. TELEQRAF

Hindistanın müxalifyönlü Milli Konqresinin (INC) lideri Rahul Qandi və bacısı, təşkilatın baş katibi Priyanka Qandi Varda saxlanılıb.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, onlar Hindistanın Baş naziri Narendra Modinin Yeni Dehlidəki iqamətgahının qarşısında keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıblar .

Bu arada Modinin iqamətgahının yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qandi və digər Konqres tərəfdarları imtahan sənədlərinin sızması qalmaqalından sonra təhsil naziri Dharmendra Pradhanın vəzifədən uzaqlaşdırılmasını tələb ediblər.

Polis etirazçıları avtobuslara dolduraraq şəhərin ucqar nöqtələrinə aparıb.

Qeyd edək ki, iyulun 20-də Yeni Dehlidə gənclər hərəkatı "Cockroach Janta Party" tərəfindən təşkil edilən yürüşün dağıdılması zamanı azı 118 polis əməkd6aşı və 60 etirazçı yaralanıb.