BAKI, 18 iyul. TELEQRAF
425-ci ayrı-ayrı hücum alayı "Skelya"nın döyüşçüləri Donetsk vilayətinin Kostyantinovka şəhərində Rusiya ordusuna qarşı hücum həyata keçirib və Ukrayna bayrağını qaldırıblar.
Teleqraf xəbər verir ki, bu barədə alay “Facebook”da məlumat yayıb.
Hərbçilərin bildirdiyinə görə, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.