BAKI, 16 iyul. TELEQRAF
İran ABŞ-a atəşkəs sazişi üzrə danışıqlar aparmaq istəyini bildirib. Vaşinqtonla Tehran arasında əlaqələr davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqində bildirib.
"Mən bu barədə bir saat əvvəl ABŞ Prezidenti Donald Trampla danışdım. İran hələ də ABŞ-la danışıqlar aparır və bizimlə razılaşmaq istədiyini bildirir, çünki Amerika ordusu onlara dağıdıcı zərbələr endirir" - Livitt qeyd edib.