BAKI, 16 iyul. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri zamanı Prezident Volodimir Zelenski tərəfindən qəbul edilib.

Teleqraf xəbər verir ki, Zelenski Fidana Ukraynanın İkinci Dərəcəli Ləyaqət Ordenini təqdim edib.

Səfər zamanı Fidan Rusiya-Ukrayna müharibəsində həyatını itirən ukraynalıların xatirəsinin anıldığı Müstəqillik Meydanını ziyarət etdi.

Daha sonra o, Ukraynanın paytaxtı Kiyevdə Krım tatarlarının lideri Mustafa Abdülcemil Kırımoğlu və Krım Tatar Milli Məclisinin sədri Çubarovla görüşüb.