BAKI, 16 iyul. TELEQRAF
İstanbulda Fətullahçı Terror Təşkilatının (FETÖ) hazırkı maliyyə strukturu ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 11 şübhəli həbs edilib.
Teleqraf xəbər verir ki, İstanbul Respublika Prokurorluğu FETÖ-nun hazırkı maliyyə strukturu ilə bağlı istintaq çərçivəsində 16 şübhəli haqqında həbs qərarı verib.
Bu çərçivədə keçirilən əməliyyat zamanı 16 şübhəli saxlanılıb.
Polis bölməsində prosedurları tamamlanan şübhəlilər prokurorluğa aparılıblar.
Prokurorluqda ifadələri alınan şübhəlilərdən 11-i həbs olunu, 5-i isə "xaricə səyahət qadağası" şərti ilə zaminə buraxılıb.