BAKI, 15 iyul. TELEQRAF

Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen 15 iyul səhəri Kiyevə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti özünün sosial şəbəkə hesabında yazıb.

Səfəri zamanı o, Ukrayna və Aİ-nin hərbi sənayesinin inteqrasiyası ilə bağlı yeni təşəbbüsləri açıqlayıb.

"Daha çox və daha sürətli istehsal edə bilmək üçün müdafiə sənayemizi inteqrasiya etmək təşəbbüslərini müzakirə edəcəyik."

Fon der Leyen əlavə edib ki, hərbi layihələrlə yanaşı, "qışa hazırlıq" məsələləri də müzakirə ediləcək.