BAKI, 15 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubunu hər iki oyunda məğlub edərək (4:1) növbəti mərhələyə yüksələn “Sabah” Azərbaycanın UEFA reytinqində əmsalını yüksəldib.
Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komandanın səfərdə 2:0 hesablı qələbəsi ölkə reytinqinə əlavə 0,250 əmsal qazandırıb.
Bununla da Azərbaycanın 2026/2027-ci il mövsümü üzrə topladığı əmsal 1,000-ə yüksəlib. Azərbaycan hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. Ən yaxın izləyicimiz 18,312 əmsalla 27-ci sırada olan Bolqarıstan, 25-də isə 20,750 əmsalla 25-ci yerdə qərarlaşan İsrail yer alır.
UEFA reytinq cədvəlinə 101,852 əmsalla İngiltərə başçılıq edir.
Qeyd edək ki, Azərbaycan çempionu növbəti mərhələdə Finlandiyanın KuPS klubu ilə qarşılaşacaq.