BAKI, 15 iyul. TELEQRAF
İranın cənubunda yerləşən Bəndər-Abbas liman şəhəri yaxınlığında partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış Bəndər-Abbas ətrafında baş verib. Hadisənin səbəbi, dağıntıların miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
İran rəsmiləri insidentlə bağlı əlavə məlumat verməyiblər.