BAKI, 15 iyul. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset İraq hakimiyyətini ölkədə fəaliyyət göstərən iranpərəst silahlı qruplaşmaları tərksilah etməyə çağırıb.

Teleqraf xəbər verir ki, Heqset sosial şəbəkədəki paylaşımında bildirib ki, bu məsələni Pentaqonda İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi görüşdə müzakirə edib.

“İkitərəfli tərəfdaşlığımızın gücləndirilməsi üçün İraq öz suverenliyini möhkəmləndirməli və bu yaz ABŞ hərbçilərinə qarşı 600-dən çox hücuma görə məsuliyyət daşıyan iranpərəst silahlı birləşmələri tərksilah etməlidir”, - deyə Pentaqon rəhbəri vurğulayıb.

O əlavə edib ki, Vaşinqton İraqın təhlükəsizlik qüvvələrinin, o cümlədən kürd silahlı birləşmələrinin terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə mühüm rol oynayacağına ümid edir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Əli əz-Zeydini Ağ Evdə qəbul etmiş və ABŞ qoşunlarının İraqda yerləşdirilməsinə artıq ehtiyac qalmadığı qənaətində olduqlarını bildirmişdi.