BAKI, 15 iyul. TELEQRAF

İranın Hörmüzgan vilayətinin şərq hissəsində və Sirik şəhəri yaxınlığında silsilə partlayışlar qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlar İranın cənub sahillərinə yaxın dəniz zonasında baş verib. Agentlik partlayış səslərinin Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazının akvatoriyasında baş verən atışmalar və toqquşmalarla əlaqəli ola biləcəyini bildirib.

Hadisənin səbəbləri, mümkün dağıntılar və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

İran rəsmiləri insidentlə bağlı əlavə açıqlama verməyiblər.