BAKI, 15 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqlar çərçivəsində təmasların iyulun 14-də də davam etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ və İran arasında danışıqların inkişafı məqsədilə müxtəlif səviyyələrdə əlaqələr saxlanılıb və bu təmaslar iyulun 14-də də baş tutub.
ABŞ lideri əlavə təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi gərginliyin artmasına baxmayaraq, tərəflər arasında diplomatik kanalların fəaliyyətini davam etdirdiyinə dair məlumatlar yayılır.