BAKI, 15 iyul. TELEQRAF

2026-cı ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 881 295 nəfər olub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 476 224 nəfərini aylıq sosial müavinət, 405 071 nəfərini isə təqaüd alanlar təşkil edib.