BAKI, 15 iyul. TELEQRAF
ABŞ senatoru Lindsi Qrehemin ölümü bir sıra şayiələrə səbəb olsa da, Ağ Ev burada kriminal elementlər görmür.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.
Senatorun qəfil ölümünə münasibət bildirən Tramp onun ciddi səhhət problemləri olduğunu bildirib. Onun sözlərinə görə, ölümün ilkin səbəbi tıxanmış arteriyalar ola bilər.
"Əvvəlcə eşitdim ki, arteriyalar tıxanıb. Bununla bağlı problemləri var idi. Özünə daha yaxşı qulluq etməməsi təəssüf doğurur. Bu, aşkarlanması demək olar ki, mümkün olmayan bir şeydir və əgər baş verərsə, bununla bağlı çox şey edə bilməzsən", - deyə o vurğulayıb.
ABŞ Prezidenti senatorun ölümünü sui-qəsd hesab etmək üçün heç bir səbəb görmədiyini bildirib.
"Bu məsələdə kriminal bir şey görmürəm. Bilirəm ki, hər cür sui-qəsd nəzəriyyələri mövcuddur və düşünürəm ki, FTB bunu etməklə vaxtını boşa sərf edir", - deyə o əlavə edib.
Amerika liderinin sözlərinə görə, Lindsi Qrehemin ölümü ilə bağlı sui-qəsd barədə fərziyyələr əsassızdır.
Xatırladaq ki, ABŞ senatoru Lindsi Qrem 11 iyulda qəfil vəfat etdi . Tammiqyaslı müharibənin başlanğıcından bəri o, ABŞ Konqresində Ukraynanın ən fəal tərəfdarlarından biri olub.
Ölümündən bir neçə gün əvvəl senator Kiyevə səfər edib və orada Ukrayna rəhbərliyi ilə görüşüb. Səfər zamanı o, Rusiyaya qarşı sanksiyaların artırılmasını, Ukraynaya hərbi yardımın davam etdirilməsini və müharibəyə son qoymağın mümkün yollarını müzakirə edib.