BAKI, 15 iyul. TELEQRAF
ABŞ-nin Ohayo ştatında federal prokurorluq Rusiyanın üç vətəndaşına qarşı kibercinayətlərə görə qiyabi ittiham irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq sakinləri Aleksandr Volosovik, Kirill Zatolokin və Yuliya Pankova elektron vasitələrdən istifadə etməklə dələduzluq məqsədilə cinayət əlaqəsinə girməkdə və çirkli pulların yuyulması məqsədilə sövdələşmədə ittiham olunurlar.
ABŞ tərəfi iddia edir ki, onların fəaliyyəti nəticəsində ölkənin 21 ştatında yaşayan şəxslər zərər çəkib. Prokurorluq ümumi maddi ziyanın 62 milyon dollar olduğunu bildirir.
İş üzrə həmçinin Media Land və ML.Cloud şirkətləri də təqsirləndirilən tərəf qismində göstərilib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 2025-ci ilin noyabrında adıçəkilən şəxslərə qarşı kibercinayətkarlıqla mübarizə bəhanəsi ilə sanksiyalar tətbiq etmişdi.
Bundan əlavə, ABŞ Ədliyyə Nazirliyi iş üzrə fiqurantlar barədə məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat vəd edib.