BAKI, 15 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyada yerləşən Əl-Əzraq aviabazasına zərbə endirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-18 qırıcılarının yerləşdiyi ərazi, yaşayış kompleksi və hərbi texnikanın saxlanıldığı böyük anqar hədəfə alınıb.
Agentlik iddia edir ki, zərbələr İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirilib.
Hadisə ilə bağlı ABŞ və İordaniya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər.