BAKI, 15 iyul. TELEQRAF
Küveytin hava hücumundan müdafiə qüvvələri İranın pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Küveytin təhlükəsizlik strukturlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri İran pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün fəaliyyət göstərir.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi anbarlarına zərbələr endirdiyi barədə məlumat yayılmışdı.