BAKI, 14 iyul. TELEQRAF
İran Küveytə raketlər buraxıb.
Teleqraf xəbər verir ki, Küveyt raketlərin dəf edildiyini bəyan edib.
"Əl-Cəzirə" telekanalının məlumatına görə , Küveyt "düşmən hava hədəflərinə qarşı əks-hücum" elan edib.
Küveyt silahlı qüvvələrinin yaydığı məlumatda qeyd olunur: "Küveyt hava məkanında düşmən hədəflərini dəf edir".
İranın "Fars" xəbər agentliyi Hörmüz boğazındakı Qeşm adasında partlayışların baş verdiyini yazıb.