BAKI, 14 iyul. TELEQRAF

Almaniyada fırıldaqçılar Şlezviq-Holşteyn əyalətinin keçmiş maliyyə naziri Rayner Viqardın "Facebook" səhifəsini ələ keçiriblər.

Teleqraf xəbər verir ki, onlar səhifənin adını dəyişdirərək "Snow Highmountains" qoyublar, siyasətçinin şəklini həyat yoldaşının şəkilləri ilə əvəz ediblər. Daha sonra onun adından məktublar yazmağa başlayıblar.

Vigard ilə ünsiyyət quran "Facebook" dostları arasında ştatın Baş naziri Daniel Günter də daxil olmaqla, tanınmış siyasətçilər var.

Şlezviq-Holşteyn polisi xəbərdarlıq edib ki, məşhur insanların və ya təşkilatların səhifələri cinayətkarlar üçün xüsusilə cəlbedicidir.

Viqard uzun müddətdir "Facebook"dan istifadə etmədiyini, haker hücumu barədə yalnız "Bild" qəzetinin sorğusundan sonra məlumat əldə etdiyini deyib. Keçmiş nazir polisə şikayət ərizəsi ilə müraciət edib.