BAKI, 14 iyul. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə axşamı günü Küveyt və Bəhreyndə ABŞ mövqelərinə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyini və silah anqarlarını məhv etdiyini bildirib.

Teleqraf xəbər verir ki, SEPAH-ın mətbuat xidmətinin açıqlamasında deyilir: "Bəhreyndəki Şeyx İsa aviabazasında silah saxlayan bir neçə anqar, eləcə də düşmən gəmiləri və təyyarələri üçün komponentlər məhv edilib. Bundan əlavə, Küveytdəki Əli əl-Salim aviabazasında düşmənin MQ-9 pilotsuz təyyarələrinin yerləşdirilməsi məntəqəsinə endirilən zərbə zamanı bir neçə pilotsuz uçuş aparatı məhv edilib və ya zədələnib".