BAKI, 1 iyul. TELEQRAF

İyunun 30-da Belarus İrandakı səfiri Dmitri Koltsov bu ölkənin kənd təsərrüfatı naziri Qolamreza Nuri ilə görüşüb.

Teleqraf Belarus Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər aqrar sektor, ticarət dövriyyəsi və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi üçün atılacaq ilkin addımları nəzərdən keçiriblər.

Bununla yanaşı, dövlətlərarası müvafiq qurumlar arasında sıx əməkdaşlıq formatının genişləndirilməsinin zəruriliyi qeyd olunub.