BAKI, 19 iyun. TELEQRAF
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen İsraili Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Livanda baş verənlər Avropa İttifaqını ciddi narahat edir. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir”, - Leyen qeyd edib.