BAKI, 16 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının H qrupunda ilk turun növbəti oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı millisi Uruqvayla qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra hər iki komanda mundiala 1 xalla başlayıb.

Qeyd edək ki, H qrupunun ilk oyununda İspaniya Kabo-Verde adaları ilə 0:0 hesablı heç-heçə edib.

***

03:48

2026-cı il dünya çempionatının Səudiyyə Ərəbistanı-Uruqvay matçında bərabərlik qolu vurulub.

Teleqraf xəbər verir ki, 80-ci dəqiqədə Uruqvay millisinin üzvü Maksimiliano Arauxo bərabərlik qolunun müəllifi olub.

***

03:11

2026-cı il dünya çempionatının Səudiyyə Ərəbistanı-Uruqvay matçında ikinci hissə başladı.

***

02:54

2026-cı il dünya çempionatının Səudiyyə Ərəbistanı-Uruqvay matçında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı fasiləyə üstün yollanıb - 1:0.

***

02:45

2026-cı il dünya çempionatının Səudiyyə Ərəbistanı-Uruqvay matçında hesab açılıb.

Teleqraf xəbər verir ki, qolun müəllifi Səudiyyə Ərəbistanı klubunun futbolçusu Abdullah Əl-Əmri olub.

***

02:00

2026-cı il dünya çempionatının H qrupunda ilk turun növbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı millisi Uruqvayla qarşılaşır.

Görüş bu gün Bakı vaxtı ilə saat 02:00-da başlayıb. Hər iki komanda mundiala qələbə ilə başlamaq üçün meydana çıxacaq.

Qeyd edək ki, H qrupunun ilk oyununda İspaniya Kabo-Verde adaları ilə 0:0 hesablı heç-heçə edib.