BAKI, 11 iyun. TELEQRAF
Daşkəsən rayonunda gecə saatlarında yağan güclü yağış və sel ciddi fəsadlara səbəb olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan sel sularının təsiri nəticəsində tələf olub.
Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda qeydə alınıb.
Bundan başqa, Quşçu kəndinə gedən yolda, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinə aparan avtomobil yollarında hərəkətlə bağlı ciddi çətinliklər yaranıb.
Qeyd edək ki, ötən gecə Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, bəzi ərazilərdə sel hadisələri müşahidə olunub.